ABŞ dövlət katibi İsrailə səfər edəcək
10 Oktyabr 2023 23:49 DünyaABŞ dövlət katibi Antoni Blinken 11-12 oktyabr tarixlərində yerli hakimiyyət orqanları ilə Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün İsrailə səfər edəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib.
"Dövlət katibi Blinken vəziyyəti birbaşa israilli tərəfdaşlarımızla müzakirə etmək üçün yaxın bir neçə gün ərzində İsrailə gedəcək", - deyə M.Miller bildirib.
Onun sözlərinə görə, A.Blinkenin sabah yola düşəcəyi və cümə axşamı İsrailə gələcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31