Ərdoğan BMT-nin baş katibi ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib
10 Oktyabr 2023 23:07 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb/
Görüş zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib. Türkiyənin vasitəçilik səyləri ilə bölgənin mülki əhalisinə humanitar yardımın çatdırılması üçün görülə biləcək tədbirlər barədə də fikir mübadiləsi aparılıb.
R.T.Ərdoğan qeyd edib ki, tərəflərin təmkinli davranması və impulsiv addımlardan qaçması çox vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31