İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN
10 Oktyabr 2023 22:42 Dünyaİsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib.
Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31