İsrail Qəzza zolağında genişmiqyaslı hücuma keçdiyini açıqlayıb

İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Mən bütün məhdudiyyətləri ləğv etdim, biz [İsrail] ərazisinə nəzarəti bərpa etdik və genişmiqyaslı hücuma keçirik", - deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31