Fələstinə maliyyə yardımını dayandırmayacağıq - Avropa İttifaqı

Avropa İttifaqı (Aİ) Fələstinə maliyyə yardımı göstərməyə davam edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Omanda Fars körfəzi ölkələri ilə görüş çərçivəsində mətbuat konfransında deyib.

O bildirib ki, Aİ Fələstin muxtariyyəti üçün vəsaitlərin köçürülməsini dayandırmayacaq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31