Paşinyan MDB-nin Bişkekdə keçiriləcək zirvə görüşündə iştirakdan imtina etdi
10 Oktyabr 2023 16:51 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan imtina edib.
Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tədbirdə iştirak edə bilməyəcəyini deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB dövlətlərinin xarici işlər nazirlərinin oktyabrın 12-də Bişkekdə keçiriləcək görüşündə iştirakdan imtina edib.
Görüşdə Ermənistanı xarici işlər nazirinin müavini təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31