Çinin yeni avtomobilləri Rusiyada istehsal olunacaq - ÖZƏL

Olaylar.Az xəbər verir ki, Çinin Jetour avtomobil şirkətinin avtomobillərinin istehsalı Rusiya Federasiyasının ərazisində təşkil olunacaq. Bu barədə Jetour Auto beynəlxalq bazarlar üzrə baş direktoru Cek Çen bildirib. Həmsöhbətin sözlərinə görə, montajla yanaşı, rusiyalı mühəndisləri də cəlb etməklə elmi işlərin təşkili nəzərdə tutulub.

"Artıq dediyim kimi, biz Rusiya bazarına böyük diqqət yetiririk, o cümlədən rusiyalı sürücülər tərəfindən mövcud olan marağı nəzərə alırıq. Belə olan halda, təbii ki, biz təkcə avtomobillərin tədarükünü deyil, həm də sonradan onların yığılmasını, lokallaşdırılmasını, həmçinin rusiyalı həmkarlarımızla birgə müvafiq elmi-tədqiqat və təkmilləşdirmə işlərində yerli mütəxəssislərdən istifadə etməyi planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31