HƏMAS hücumu nəticəsində xəsarət alan İsrail vətəndaşlarının sayı 3 minə yaxınlaşır
10 Oktyabr 2023 16:25 DünyaHƏMAS hücumu nəticəsində minimum 2806 İsrail vətəndaşı xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların 336 nəfəri ağır yaralanıb, 534 nəfər isə orta dərəcəli xəsarət alıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31