Türkiyə antiterror əməliyyatlarında daha bir şəhid verib

Türkiyə Ordusunun çavuşu İraqın şimalında terrorçulara qarşı həyata keçirilən "Pəncə-Kilid" əməliyyatında şəhid olub.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən bölgədə terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31