Polşada yüksək rütbəli hərbçilər Putinə kömək etmək üçün istefa edib? - ÖZƏL
10 Oktyabr 2023 16:19 DünyaOlaylar.az xəbər verir ki, Polşalı general Roman Polko bildirib ki, Ordu Baş Qərargah rəisi Raymund Anjeyçak və Silahlı Qüvvələrin Əməliyyat Komandanı Tomaş Piotrovskinin könüllü istefası Rusiya prezidenti Vladimir Putinə və Polşanı təhdid edən insanlara kömək edir.
"İstefa məktubu təqdim edə bilərsiniz. Amma səbəbləri həmişə göstərməlisiniz. İndi bizdə spekulyasiya dalğası var, çünki Seym və Senata müxtəlif namizədlər siyasi kapital etmək istəyirlər", - deyə general bildirib.
O qeyd edib ki, onlar seçkilər ərəfəsində öz postlarını tərk etmək üçün yanlış məqam seçiblər, çünki bu, ölkədə siyasi "tufana" səbəb olub.
Polko istefa vermiş Anjeyçak və Piotrovskini öz hərəkətlərini izah etməyə çağırıb, çünki onların qərarı, generalın sözlərinə görə, Vladimir Putinə və dövlətin təhlükəsizliyini təhdid edən insanlara kömək edir.
Bundan əvvəl Polşa Mətbuat Agentliyi (PAP) ilə söhbətində Polşa Ordusunun Baş Qərargahının mətbuat katibi İonna Kleyşmit Anjeyçakın istefası ilə bağlı məlumatı təsdiqləyib. O, hər bir əsgər kimi komandirin də səbəb göstərmədən vəzifəsini tərk etmək hüququna malik olduğunu vurğulayıb.