ÜST Qəzza zolağına humanitar dəhliz açmağa çağırır - ÖZƏL
10 Oktyabr 2023 16:10 DünyaOlaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) Qəzza zolağına kritik ləvazimatlat üçün humanitar dəhliz açmağa çağırır. Bunu təşkilatın rəsmi nümayəndəsi Tarik Yaşareviç deyib.
"İnsanları kritik ləvazimatlarla təmin etmək üçün humanitar dəhlizə ehtiyac var".
Yaşareviç-in sözlərinə görə, Qəzza zolağındakı yeddi ən böyük xəstəxananın işçilərinin sərəncamında olan ləvazimat və təchizat artıq tükənib. ÜST tərəfdaş qurumlarla problemin həlli üzərində işləyir və həmçinin tibbi ləvazimatların alınması üçün 1 milyon dollar ayıracaq ki, bu da təxminən 500 xəstənin müalicəsi üçün kifayət edəcək.
Oktyabrın 7-də Həmas İsrailə raket ataraq Əl-Əqsa Daşqını əməliyyatına başlayıb.
İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanırdı. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib .