Fələstinin ərzaq ehtiyatı səkkiz ay üçün kifayətdir - ÖZƏL
10 Oktyabr 2023 16:05 Dünya"Fələstindəki ərzaq ehtiyatları əhalinin 8 ay ərzində qidalanmasına kifayət edir". Olaylar.az xəbər verir ki, bunu Fələstin Milli İqtisadiyyat Nazirliyinin sözçüsü İbrahim Əl-Qadi bildirib.
"Fələstin bazarında ərzaq ehtiyatları növbəti səkkiz ay üçün, konservlər isə bir ildən çox müddətə kifayətdir" - o, deyib.
Bununla bağlı o, sakinləri normal şəraitdə ehtiyaclarından artıq mal almamağa çağırıb.
Sözçü əlavə edib ki, müəyyən növ ərzaq qıtlığı bəzi bölgələrin İsrail tərəfindən blokadaya alınması və ya distribyutorların yəhudi köçkünlərin hücumuna məruz qalacağından qorxması ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31