Danimarka Fələstinə maliyyə yardımını dayandırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Danimarkanın İnkişaf Əməkdaşlıq Nazirliyi Fələstinin Həmas hərəkatının hücumlarından sonra Fələstinə maliyyə yardımını dayandırmaq qərarına gəlib. Lakin müntəzəm təcili yardımlar davam edəcək.

"Belə ciddi aqressiyadan sonra biz fasilə verməliyik ki, ayırdığımız yardımın lazımi insanlara və layihələrə yönəldiyinə tam əmin ola bilək" deyə agentlik İnkişaf Əməkdaşlıq və Qlobal İqlim Siyasəti üzrə Nazir Daq Yorgensendən sitat gətirir.

Eyni zamanda, Danimarka hakimiyyəti İsrailə hücumların maliyyələşdirilməsi riskini aradan qaldırmaq üçün Danimarkanın pullarının hara getdiyini təhlil etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31