Polşanın yüksək rütbəli generalları istefa verib - ÖZƏL
10 Oktyabr 2023 14:43 DünyaOlaylar.az xəbər verir ki, Polşa Ordusunun Baş Qərargah rəisi , general Raymund Anjeyçak və ölkə silahlı qüvvələrinin əməliyyat komandanı, general Tomaş Piotrovski istefa ərizəsi verib.
Polşa Ordusunun Baş Qərargahının mətbuat katibi İonna Kleyşmit Anjeyçakın istefası ilə bağlı məlumatı təsdiqləyib. O, hər bir əsgər kimi komandirin də səbəb göstərmədən vəzifəsini tərk etmək hüququna malik olduğunu vurğulayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Jacek Goryszewski də PAP-a bildirib ki, Piotrovskinin əmək münasibətlərinə xitam verilib.
Hərbçilərin yüksək rütbəli postları tərk etməsinin səbəbləri açıqlanmır.
Bundan əvvəl polşalı general Valdemar Skrzypçak demişdi ki, Polşa genişmiqyaslı müharibə olacağı təqdirdə rus qoşunlarına çətin ki, müqavimət göstərə bilsin.
Skrzypçakın fikrincə, NATO-nun köməyi olmadan Polşa qoşunlarının Rusiya ordusunun ilk zərbəsinə tab gətirmək çətin olardı. Əvvəlki hərbi planlara uyğun olaraq, general qeyd edib ki, Amerika qoşunlarının Polşaya gəlişi üç aya qədər vaxt aparardı.