İsrail dövləti bu dəfə problemi kökündən həll edəcək - ÖZƏL

"İsrail-HƏMAS məsələsi, ümumiyyətlə isə, Fələstin məsələsi bu dəfə öz həllini tapacaq. İsrail dövləti bu dəfə problemi kökündən həll edəcək".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov HƏMAS-ın Təl-Əvivə dialoq çağırışına münasibət bildirərkən səsləndirib. O bildirib ki, Qəzza zolağı terror yuvası, İsrailə təhdid olmaqdan çıxmalıdır:

"Region stabilliyə qovuşmalıdır. Bunun üçün tək yol var, o da, Qəzza zolağının fələstinlilərdən təmizlənməsi və oradakı əhalinin uşaq, qadın, qoca və cinayətlərlə əlaqəsi olmayan hissəsini Qərbi Şəriyyəyə köçürülməsidir. Yerdə qalan terrorla əlaqəli hissəsini ya məhv etməli, ya da ərazidən qovulması şərtdir. Hesab edirəm ki, İsrail dövləti bu dəfə bu yolu tutacaq".  

Politoloq deyib ki, İsrail dövlətinin HƏMAS-ın bu hücumundan sonra törətdikləri  vəhşiliklər fonunda dialoqa gedəcəyi az inandırıcıdır və bu, İsrail rəsmilərinin dilindən bəyan edilir:

"Tel-Əviv bu məsələni birdəfəlik həll etməkdə qərarlı görünür. Hesab etmək olar ki, G-20 zirvəsinin son toplantısında elan edilən Hindistan- Yaxın Şərq-Avropa nəqliyyat marşrutunun ilk şərtinin həll edilməsinə başlanıldığı açıqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31