İkili vətəndaşlığı olan onlarla insan HƏMAS-ın girovluğundadır - ÖZƏL
10 Oktyabr 2023 13:38 Dünya"İkili vətəndaşlığı olan onlarla israilli, o cümlədən ruslar və çinlilər Fələstinin radikal HƏMAS hərəkatının girovluğundadır".
Olaylar.az xəbər verir ki, bunu hərəkatın sözçüsü Musa Əbu Mərzuk bildirib.
HƏMAS-ın atəşkəsi müzakirə etmək istəyi ilə bağlı suala cavab olaraq o, həmçinin bildirib ki, Həmas bütün siyasi dialoqlara açıqdır.
Daha əvvəl Əl Hadath TV Fələstin hərəkatına istinadən bildirmişdi ki, Həmas ikili vətəndaşlığı olan onlarla insanı girov götürüb. Hərəkatın sözçüsü HƏMAS-ın əsir götürdüyü israillilərin hansı ölkələrdə ikili vətəndaşlığa malik olduğunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31