Fransa Aİ-nin Fələstin əhalisinə yardımı dayandırmasına qarşı çıxıb

Fransa Avropa İttifaqının Fələstin əhalisinə yardımı dayandırmasına qarşı çıxıb.

Olaylar.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat verib.

"Biz birbaşa olaraq Fələstin xalqına yönələn yardımın dayandırılmasını dəstəkləmirik. Dünən bunu açıq şəkildə Avropa Komissiyasına bildirdik", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, ötən gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Fələstin üçün nəzərdə tutulan 691 milyon avro dəyərində yardımın dondurulacağını bəyan edib. O bütün ödənişlərin dayandırılacağını və bütün layihələrin təkrar gözdən keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31