İrana müdaxilə olarsa güneyli soydaşlarımız rejimi müdafiə edəcək? - ÖZƏL

İsrailin HƏMAS-a qarşı başladığı genişmiqyaslı əməliyyatın növbəti mərhələdə İrana keçəcəyi barədə ehtimallar səslənir. HƏMAS-a Tehranın dəstək verdiyini nəzərə alsaq, o zaman ehtimalların reallığa çevriləcəyi şübhə doğurmur. Cənub qonşumuza müdaxilənin sonunda bu ölkədə yaşayan güneyli soydaşlarımızın öz azadlıqlarına qovuşacağı gün kimi də xarakterizə edənlər var.

"OLAYLAR"-ın xəbərinə görə, tarixçi Rəfail Eminov isə deyir ki, İrana hətta birbaşa hərbi müdaxilə olarsa belə, Cənubi Azərbaycan və İranın digər ərazilərində kompakt yaşayan türklər heç də həmfikir olmayacaqlar. Tarixçinin qənaətincə, onların böyük əksəriyyəti son 40 ildə beyinlərinə yeridilmiş stereotiplər nədəni ilə teokratik rejimi müdafiə edəcəklər:

"Farslardan daha artıq iranlı olan soydaşlarımız həmişə olduğu kimi yenə də Tehranın müdafiəsinin fədailəri olacaqdır. İstiqlaliyyət aşiqləri olan soydaşlarımız tarix boyu həmişə olduğu kimi elə öz manqurd soydaşları tərəfindən darmadağın edilərək məhv ediləcəklər. Şeyx Məhəmməd Xiyabani, S. C. Pişəvəri, S. K. Şəriətmadəri hərəkatlarında olduğu kimi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31