İrəvana yeni mer seçilib

İrəvanın yeni seçilən Ağsaqqallar Şurası (Bələdiyyə Şurası) şəhər meri vəzifəsinə hakim "Mülkü Müqavilə" Partiyasının namizədi Tiqran Avinyanı seçib.

Olaylar.az report-a istinadən xəbər verir ki, məlumatı "Armen Press" yayıb.

Bildirilib ki, toplantıya şuranın 37 üzvü qatılıb. Bu da mer seçkisi üçün yetərsayı təmin edib.

Məlumata görə, "Ana Ermənistan" Alyansı və Milli Tərəqqi Partiyası namizəd irəli sürməyib. Onlar Şuranın bu gün keçirilən iclasını da boykot ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31