HƏMAS atəşkəs istədi, İsrail "yox" dedi: "DAVAM EDƏCƏYİK..."
10 Oktyabr 2023 11:38 DünyaOktyabrın 7-də İsrailə hücum həyata keçirən HƏMAS artıq bu gün atəşkəsə hazır olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə "AlHadath" kanalı məlumat yayıb.
Xəbərdə deyilir ki, Fələstin hərəkatı danışıqlara açıq olduğunu bəyan edib: "Biz (HƏMAS) Israillə atəşkəs müzakirələrinə açığıq".
Ancaq İsrail tərəfi nə atəşkəsə, nə də danışıqlara getmək fikrində olmadığını, müharibəni davam etdirəcəyini bəyan edib.(AzPolitika.info)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31