HƏMAS ABŞ həbsxanalarında saxlanılan fələstinlilərlə məhbusları dəyişməyi planlaşdırır - ÖZƏL
10 Oktyabr 2023 10:33 Dünya"HƏMAS ABŞ-da saxlanılan fələstinlilərin və İsrail həbsxanalarında saxlanılan ərəblərin azad edilməsi üçün aparılan danışıqlarda əsir götürülmüş israillilərdən istifadə etməyi planlaşdırır".
Olaylar.az xəbər verir ki, bunu Həmas sözçüsü Əli Barakeh deyib.
"Amerikada HƏMAS-ı maliyyələşdirmək ittihamı ilə saxlanılan fələstinlilər var. Biz onların azad edilməsini istəyəcəyik" - o, deyib.
O, əlavə edib ki, HƏMAS İsraildə saxlanılan bütün ərəblərin azadlığa buraxılmasına çalışacaq. O, həmçinin yaraqlıların münaqişənin "bütün ssenarilərinə", o cümlədən "uzun müharibə"yə hazır olduğunu bildirib. Onun sözlərinə görə, 2014-cü ildə Qəzzada eskalasiya başlayandan HƏMAS öz döyüşçülərini hazırlayır və öz raketlərini istehsal edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31