ABŞ dövlət katibi və İsrailin XİN başçısı regiondakı vəziyyəti müzakirə edib
10 Oktyabr 2023 10:24 DünyaABŞ dövlət katibi Antoni Blinken İsrailin xarici işlər naziri Eli Koenlə danışıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.
Qeyd olunub ki, onlar ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər.
A.Blinken bütün girovların dərhal azad edilməsi üçün Vaşinqtonun səylərini davam etdirəcəyini söyləyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31