Fələstində sülh yalnız bu şəkildə ola bilər - Ərdoğan

1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyi tanınmadan Yaxın Şərqdə sülh əldə edilə bilməz.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

"1967-ci il sərhədləri daxilində Fələstin torpaqlarında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövləti tanınmayana qədər bölgəyə sülh və əmin-amanlıq gəlməyəcək", - Ərdoğan vurğulayıb.

O, həmçinin ölkəsinin Fələstin xalqına humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31