Kadırov Putinə “Kadırov ordeni” verdi
9 Oktyabr 2023 23:40 DünyaRusiya Prezidenti Vladimir Putin Çeçenistanın ən yüksək mükafatı - "Kadırov ordeni" ilə təltif edilib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Çeçenistan Respublikasının ən yüksək mükafatı - bir nömrəli Əhməd Hacı Kadırov adına ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə verildi", - Kadırov Teleqram kanalında yazıb.
O, 2007-ci ildə sərəncamı imzalandığını, lakin "Cümhuriyyətin bərpasında əvəzsiz xidmətləri olan" və "ən çətin dövrdə xalqa dəstək olan" şəxsə mükafatın verilməsi üçün heç bir münasib fürsət olmadığını deyib.
O qeyd edib ki, mükafat bütün region sakinlərinin minnətdarlığıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31