İran və Sudan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər - ÖZƏL
9 Oktyabr 2023 20:10 Dünyaİran və Sudan diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.
"İran İslam Respublikası və Sudan Respublikası öz aralarında diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər", - nəşr yazır.
İdarədən verilən məlumata görə, bu qərar ötən aylar ərzində yüksək səviyyədə qarşılıqlı əlaqələrin nəticələrinə əsasən qəbul edilib.
Bundan əvvəl Sudan hakimiyyəti ölkənin hava məkanının bağlanmasının müddətini uzadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31