"Bəşəriyyətin taleyi Çin və ABŞ arasındakı münasibətlərdən asılıdır" - Si Cinpin - ÖZƏL

Çin prezidenti Xi Jinping, ABŞ Senatında Demokratik Əksəriyyətin lideri Çak Şumerlə görüşdə Pekin və Vaşinqtonun çağırışlar qarşısında bir-biri ilə necə qarşılıqlı əlaqədə olmalarının bəşəriyyətin gələcəyini müəyyənləşdirəcəyini söylədi.

Olaylar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Dünyada baş verən dəyişiklik və sarsıntılar qarşısında Çin və ABŞ-ın bir-biri ilə necə qarşılıqlı əlaqəsi bəşəriyyətin gələcəyini və taleyini müəyyənləşdirəcək" dedi Si.

O, həmçinin qeyd edib ki, Çinin "Çin-ABŞ münasibətlərini yaxşılaşdırmaq üçün 1000 səbəbi var, lakin onları məhv etmək üçün bircə səbəb yoxdur".

Çin Xalq Respublikası sədrinin vurğuladığı kimi, dövlətlər arasındakı əlaqələr "dünyada ən mühüm ikitərəfli əlaqələrdir".

Bundan əvvəl amerikalı senatorlardan ibarət nümayəndə heyətinin Çinə səfər edəcəyi və orada dövlət başçısı Si Cinpinlə görüş keçirəcəyi bildirilirdi.

ABŞ Konqresinin yuxarı palatasının Aydahodan olan üzvü Mayk Kraponun sözlərinə görə, nümayəndə heyətinə hər iki partiyanın - Demokrat və Respublikaçıların nümayəndələri daxil olacaq. ABŞ Senatında demokrat çoxluğun lideri Çak Şumerin də Çinə səfəri gözlənilir.

Parlamentarilər Çin lideri ilə danışıqlar apara bilsələr, əsas müzakirə mövzularından biri Micron Technology-nin fəaliyyəti olacaq.

Bundan əvvəl Çinin ABŞ-dakı səfirliyi bəyan etmişdi ki, Pekin və Vaşinqton ikitərəfli təmas və məsləhətləşmələr mövzusunda əlaqə saxlayırlar. Belə ki, diplomatik nümayəndəlik Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında görüş ehtimalını şərh edib.

Bundan əvvəl ABŞ 42 Çin şirkətinə sanksiya tətbiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31