Əfqanıstanda yenidən güclü zəlzələ oldu

Əfqanıstanda 4,9 bal gücündə zəlzələ olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ ölkənin qərbində, təxminən 272 min nəfər əhalisi olan Herat şəhərindən 40 km şimalda meydana gəlib.

Zəlzələ 10 km dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində 9,2 mindən çox insan xəsarət alıb, ölənlərin sayı 2445 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31