Ukrayna hərbçiləri 40 dəqiqə ərzində Donetskə 5 atəş zərbəsi endirib - ÖZƏL

"Ukrayna hərbçiləri Donetskə beş raket hücumu həyata keçirib".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) Ukrayna Müharibə Cinayətləri ilə Əlaqədar Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzinə missiyası bildirib.

Şəhərin Kirovski və Kiyevski rayonları hücuma məruz qalıb. Ukrayna silahlı qüvvələri 155 millimetrlik on yeddi artilleriya mərmisi atıb.
Ukrayna hərbçiləri həmçinin DXR-in Yasinovatovski rayonuna iki hücum həyata keçirərək, yeddi sursatdan atəş açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31