İrandan gələn təyyarədə bomba təhlükəsinə görə Hamburq aeroportu bağlandı
9 Oktyabr 2023 16:57 DünyaAlmaniyanın Hamburq hava limanında bazar ertəsi elektron poçtla gələn bomba təhdidindən sonra bütün uçuşlar təxirə salınıb.
Olaylar.az xəbər verir ki, bu barədə federal polis nümayəndəsi məlumat yayıb.
Məlumata görə, içərisində 198 sərnişinin olduğu təyyarədə polislər tərəfindən yoxlanış aparılıb, həmçinin, sərnişinlər sorğu-sual edilib.
Nümayəndə əlavə edib ki, hava limanının yanğınsöndürmə briqadası axtarışlara cəlb olunduğu üçün uçuş və ya eniş mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31