Taxtabitilərə görə 7 məktəb bağlandı
9 Oktyabr 2023 15:43 DünyaFransada 7 məktəb taxtabitilərin yayılması səbəbindən bağlanıb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, yaxın gələcəkdə bu rəqəm arta bilər.
Təhsil naziri Qabriel Attal bildirib ki, 17 təhsil müəssisəsində həşərat koloniyaları aşkar edilib.
Qeyd edək ki, Fransada taxtabitilərlə bağlı problem artıq milli miqyas alıb. Ölkə hakimiyyəti müxtəlif səviyyələrdə toplantılar çağırır, mübarizə planlarını düşünür. Bu arada insanlar ictimai nəqliyyatdan istifadə etməyə, hətta evlərində oturmağa belə qorxurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31