İsrail-Həmas müharibəsi Yaxın Şərqdə yeni siyasi nizam yaradacaq - ÖZƏL

"İsrail və Fələstin münaqişəsi 1000 ilin münaqişəsidir. Ərəb və yəhudilər arasında din və fikir ayrılıqları onların eyni bölgədə yaşamasına çətinlik yaradır. 1897-ci ildə baş tutan Birinci Sionist Kongrensi  və 1917-ci ildə Balfur Bəyannaməsində Fələstində yəhudi vətəni ideyası bölgədə gərginlik yaratdı. 1947-ci ildə BMT hər iki dövlətin ayardılması barədə qərarı və ardınca iki xalq arasında qanlı müharibəyə gətirib çıxardı. 1993-1994-cü ildə Oslo da Fələstin və İsrail arasında razılıq əldə edildi və Fələstin muxtariyyəti israil tərəfindən tanındı". "Olayiar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  hazırda da ərəb və yəhudilər siyasi iardə ortaya qoyub1994-cü ildə kimi razılaşa bilərlər: "Amma, İsraildə hakimiyyətədə olan ifrat sağsçılar, həmçini Fələstində radikal  islamçılar hər iki dövlət modelini qəbul etmir.  2007-ci ildə Qəzza zolağında hakimiyyəti ələ alan Həmas radikal islam təşkilatı İsrailə qarşı terror hücumunu artırdı. Həmçinin İsrail hakimiyyəti zəbt edilmiş ərazilərdə yəhudi yerləşim yerləri salması tərəflər arasında münaqişəni qızışdıran əsas səbəblərdən biridir. Ümumiyyətlə, Həm İsraildə, həm də Fələstində münaqişəni bitirmək istəməyən qüvvələr var. 

Uzun illər İsrail-Fələstin münaqişəsindən istifadə edən İran və digər ölkələr Yaxın Şərqdə stabilliyi pozmaq üçün istifadə edilər. Hazırda Həmasın İsrailə hücumu əvvəlki hücumların analoji davamıdır. Amma, bu hücumun təşkilində və lojistik şəkildə kordinasiyasında İsrail kəşfiyyatının xəbəri olmaması mümkün deyil. Qəzza həm dənizdən, həm də qurudan İsrailin blokadasındadır. Qəzzaya hansı bir quşun uçmasının növünü də İsrail kəşfiyyatı yaxşı bilir. Bu qədər silahlanma və PUA-larla təchiz edilməsi Mossadın nəzərindən qaça bilməzdi. Tehranda əməliyyatlar keçirən Mossad necə ola bilərdi ki, öz gözünün qabağında Həmas bu qədər silahlandı. 

Yaxın Şərqdə də yeni dünya nizamı qurulur və Həmasın varlığı yeni nizamı təhdid edir. İranın Yaxın Şərqdə fəaliyyəti də yeni siyasi nizamda nəzərdə tutulmur. Baş verən Həmas-İsrail dolayısı ilə İran müharibəsi Həmasın ləğvi və İrana qarşı həbir əməliyyatlarla müşaiyət  oluna bilər. İlk növbədə İranın dəstək verdiyi regionda proksi qüvvələrinə qarşı əməliyyatlar genişlənəcək. Hazırda baş verən Həmas-İsrail müharibəsi gözlənilən idi və "İbrahim" sazişinə uyğun olaraq həyata keçirilir. İran İsrailin yeni siyasi nizam yaratmaq istiqamətində planına qarşı Həmas vasitəsilə İsrailin planına qarşı çıxdı. 

Yaşanan qarşıdurma və insanlıq dramı hər iki tərəf birbirlərinə qarşı həyata keçirdiyi nifrətin nəticəsidir. Hər iki toplum bu qanlı aksiyada məsuliyyət daşıyır. 

İsrail Azərbaycan əlaqələrinə gəldikdə isə, bu əlaqələr yüksək səviyyədədir və strateji müttəfiq istiqamətində davam edir. Azərbaycan öz müttəfiqinin zəifləməsini istəmir və terror hücumlarına məruz qalmasını narahtlıqla qarşılayır. İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərir. 200 min yəhudi dininə mənsub azərbaycanlilar İsraildə yaşayır. Azərbaycan lazım olarsa,  İsrailə həkim briqadası da göndərməlidir. Buna baxmayaraq Azərbaycan İsrail-Fələstin münaqişəsinin BMT çərçivəsində həllini daima dəstəkləyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31