Rusiyanın baş ravvini ağır kəllə-beyin travması alıb, hospitala yerləşdirilib
9 Oktyabr 2023 13:14 DünyaRusiyanın baş ravvini Berl Lazar Moskvada sinaqoqda keçirilən Simxat-Tövrat bayramından sonra ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Olaylar.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Hadisənin şəraiti və səbəbi barədə məlumat verilməyib. Bildirilib ki, ravvin yıxılaraq xəsarət alıb.
Məlumata görə, yəhudilər Tövrata olan sevgilərini şən rəqsləri və bayram süfrəsi vasitəsilə bildirirlər. Yəhudilər Simxat-Tövratı spirtli içkilər qəbul etməklə qeyd edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31