Rusiya qüvvələri Ukraynanın beş hücumunun qarşısını alıb - ÖZƏL
9 Oktyabr 2023 12:33 Dünya"Rusiya qüvvələri Ukraynanın Krasnıy Liman istiqamətində beş hücumunun qarşısını alıb və dəf edib, düşmən 50-yə qədər şəxsi itirib".
Olaylar.az xəbər verir ki, bunu Döyüş Qrupu Mərkəzinin sözçüsü Aleksandr Savçuk bildirib.
Torskoye və Serebryanskoye meşə təsərrüfatı yaxınlığındakı Krasnı Liman istiqamətində Döyüş Qrupu Mərkəzinin hərəkəti, hücum və ordu aviasiyasının zərbələri, həmçinin artilleriya atəşi iki Ukrayna mexanikləşdirilmiş briqadasının və 12-ci "Azov" xüsusi təyinatlılarının hücum qruplarının hücumlarını dəf edib. Ukrayna qüvvələri 50-yə qədər hərbçini itirib" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31