Ekspert İsrail və Fələstin arasında münaqişənin kəskinləşəcəyini proqnozlaşdırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Fələstin-İsrail münaqişəsi yaxın günlərdə daha da şiddətlənəcək. Bu qənaətə Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin eksperti Ven Şaobyao gəlib.

O qeyd edib ki, İsrail artıq hərbi səfərbərlik həyata keçirib və bu, mümkün eskalasiyadan xəbər verir. Eyni zamanda ekspert Misir və ABŞ-ın vasitəçiliyi ilə bir neçə həftə ərzində regionda vəziyyətin yaxşılaşacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası Fələstin-İsrail münaqişəsi ilə bağlı həmişə sərt olub.

"Netanyahu bu hücuma qətiyyətlə cavab verməsə, ciddi siyasi böhranla üzləşəcək", - deyə Ven bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31