HƏMAS-ın İsraildəki musiqi festivalına hücum anı - VİDEO
9 Oktyabr 2023 12:17 DünyaQəzza ilə həmsərhəd olan Raim kibutsunda (xüsusi kənd təsərrüfatı icması - red.) İsrailin "Nature Party" musiqi festivalına HƏMAS-ın hücum anını əks etdirən görüntülər yayılıb.
Olaylar.az xəbər verir ki, kadrlarda yüzlərlə iştirakçının qaçdığı, qaçmağı bacarmayanların isə döyüldüyü, güllələndiyi görünür.
Qeyd edək ki, "Sülh naminə" şüarı altında keçirilən festivalda iştirakçıların əksəriyyəti girov götürülüb və ya itkin düşüb, bəziləri isə həlak olublar.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31