İsrail XİN başçısı: “Biz qalib gələcəyik”
9 Oktyabr 2023 12:16 Dünya"Biz qalib gələcəyik".
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen "X"də yazıb.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan israillilər tez bir zamanda ölkəyə qayıtmaq üçün müraciət edirlər: "Bu bizi sevindirir".
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31