Vaşinqton Yaxın Şərqə F-15 və F-35 qırıcıları göndərəcək - ÖZƏL
9 Oktyabr 2023 11:14 DünyaOlaylar.az xəbər verir ki, Qəzza zolağı ətrafında vəziyyətin pisləşməsi fonunda Vaşinqton yaxın gələcəkdə İranı cilovlamaq üçün Yaxın Şərqə əlavə olaraq 20-25 F-15 və F-35 qırıcıları göndərəcək. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Telekanal vurğulayıb ki, döyüş təyyarələrinin bölgəyə daşınmasında məqsəd İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaqdır. Amerika F-15 və F-35-lərin Yaxın Şərqə dəqiq nə vaxt gələcəyi hələlik məlum deyil.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirmişdi . Netanyahu qeyd edib ki, Həmas İsrailə və onun vətəndaşlarına qəfil hücum edib. İsrail hökumətinin başçısı yaşayış məntəqələrinin terrorçulardan təmizlənməsi və ehtiyatların səfərbər edilməsi üçün genişmiqyaslı əməliyyatın keçirilməsi barədə göstəriş verib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fələstinin radikal HƏMAS hərəkatının raket hücumları fonunda ölkədə fövqəladə vəziyyət elan edib .