Bu müharibə İsrail -Fələstin müharibəsi deyil - ÖZƏL
9 Oktyabr 2023 11:01 Dünya"Yaxın Şərqdə İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişinin imzalanması çərçivəsində siyasi əlaqələrin bərpası nəzərdə tutulurdu. Bu istiqamətdə İsrail ilə Səudiyyə Ərəbistanı, BƏƏ və Omanla əlaqələr normallaşırdı. İsrailin körfəz ölkələri ilə münasibətləri qaydaya salması İranı ciddi narahat edirdi. Çünki, İrana qarşı yeni koalisiyanın formalaşması gündəmə gələ bilərdi. Həmçinin Yaxın Şərqdə dominant ölkə olacağı təqdirdə İranın sıxışdırılması baş verəcəkdi". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bundan əlavə, "G20" ölkələrinin Hindistanda keçirilən zirvə toplantısında Hindistandan-Səudiyyə Ərəbistanı və İsraildən keçəcək yeni dəhlizin açılması üçün memarandum imzalandı: "Bu da Tehranın Şərqlə Qərb arasında marşrutdan kənar qalması deməkdir. İran Həmas, Hizbullah, İslamı Cihad vasitəsilə İsrailə qarşı, Səudiyyə Ərəbistanına isə, Husilər vasitəsilə yenidən proksi müharibə aparması mümkün idi. Həmasin İsrailə hücumu İranın hücum planın tərkib hissəsidir.
İsrailin Suriyada mütəmadi olaraq İranın hərbi bazalarını vurması, həmçinin İran daxilində strateji obyektlərə qarşı əməliyyatlar fonunda Tehran var qüvvəsi ilə "Həmas"və "İslami- Cihad" təşkilatını silahlandırır və təlimlər keçirdi. İyun ayında chr("39")Həmas" lideri İsmayıl Haniyə və "İslamı-Cihad" təşkilatının rəhbəri Tehranda olublar. İranın Ali dini rəhbəri S.Ə.Xamenei tərəfindən yüksək səviyyədə qəbul edilib. "Həmas" liderlərinin İrana səfəri konteksində aparılan danışıqlar İsrailə qarşı hücum planın reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Baş verən hücum İran tərəfindən kordinasiyali şəkildə hazırlanıb və heç də ərazilərin azad edilməsinə hesablanmayıb. Bu İsrail -İran arasında gözlənilən müharibə idi.
Bununla da Tehran rəsmilərinin dedikləri kimi İran İsraili tam ürəyindən vurdu. Bu müharibə ilə Tehran Ərəb- İsrail əlaqələrinin normallaşmasının qarşısını almağı hədəfləyir. Həmçinin İsrailin İrana tədirini neytrallaşdırmaq və İrandan yan keçən dəhlizin təhlükəsizlik problemini gündəmə gətirməyi hesablayır. Artıq Həmas ərəb ölkələri dəstəkləmir. Ona yaxın olan Misirdə neytral dayanıb.
Qeyd edim ki, İsrailin bu hücumdan xəbəri olması mümkün deyil. Görünür, Türkiyə Suriyada PKK, İsraildə "Həmasi" bitirəcək. Bununlada regionda İran dəstəkli proksi qüvvələrə və terrorçulara ağır zərbə vurulacaq. İsrail-Həmas(İran) müharibəsi Qəzzanın tam İsrail tərəfindən ilhaq edilməsi ilə nəticələnməsi mümkündür. Bu müharibə İsrail -Fələstin müharibəsi deyil".