Rusiya Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir

Rusiya Federasiyası Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir.

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

"Moskva gözləyir ki, İrəvan Rusiya-Ermənistan tərəfdaşlığının əhəmiyyətini adekvat qiymətləndirəcək", o əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Qərar Ermənistan parlamentində müzakirə edilərək qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31