İsrail məsələni kökündən həll edəcək - ÖZƏL
9 Oktyabr 2023 10:22 DünyaYaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Xarici medianın məlumatına görə, rəsmi Təl-Əviv HƏMAS-a qarşı mübarizədə Birləşmiş Ştatlardan kömək istəyib. Vaşonqton isə öz növbəsində Təl-Əvivin müraciəti əsasında regiona əlavə qüvvələr göndərib.
"OLAYLAR" xəbər verir ki, baş verənlərlə bağlı hərbi ekspert Ədalət Verdiyev deyib ki, ABŞ-ın Yaxın Şərqə aviadaşıyıcı zərbə qruplaşmasından ibarət əlavə qüvvələr göndərməsi, HƏMAS-ın terror fəaliyyətləri ilə bağlı deyil. Onun sözlərinə görə, HƏMAS ilə mübarizədə eyni anda 50 qırıcı havaya qaldıran İsrail özü məsələni kökündən həll edəcək:
"Ola bilər ki, İsrail toxunulmaz ehtiyatların miqyasını qorumaq üçün ABŞ-dan bəzi idarəolunan aviasiya sursatları əldə etsin. Bu sursatları iisə yük təyyarələri daşıyacaq".
Ədalət Verdiyev deyib ki, ABŞ-ın göndərdiyi əlavə qüvvələrin əsas vəzifəsi davam edən müharibənin genişlənməsini məhdudlaşdırmaq və İranın proseslərə müdaxiləsinin qarşısını almaqdan ibarətdir.