İsrailin Aşkelon şəhəri kütləvi raket atəşinə tutuldu
9 Oktyabr 2023 10:01 DünyaBu gecə İsrailin Aşkelon şəhəri Qəzza zolağından kütləvi raket atəşinə məruz qalıb.
Olaylar.az xəbər verir ki, bu İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, təkcə ötən gün ərzində İsrail ərazisinə 3 mindən çox raket atılıb.
Davamlı atəş nəticəsində "Dəmir Qübbə" raketdən müdafiə sisteminin sursatı əhəmiyyətli dərəcədə tükənib. Bununla əlaqədar Təl-Əviv tədarükün artırılmasında kömək üçün ABŞ-yə müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31