ABŞ prezidenti İsraillə bağlı ƏMR VERDİ

ABŞ Prezidenti Co Bayden İsrailə əlavə yardım barədə göstəriş verib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, Bayden və vitse-prezident Kamala Harris vəziyyətlə bağlı məlumatlandırılıb və israilli tərəfdaşları ilə sıx əlaqə saxlamaq niyyətindədirlər.

Açıqlamada dəstək haqqında heç bir təfərrüat verilməyib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken deyib ki, İsrail ABŞ-dan əlavə hərbi yardım istəyib:

"Biz israillilərin etdiyi xüsusi əlavə tələblərə baxırıq - düşünürəm ki, bu barədə daha çox bu gün eşidəcəksiniz".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31