İsrailə hücumun məqsədi budur - Blinken
8 Oktyabr 2023 19:19 DünyaHƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.
Xatırladaq ki, HƏMAS "İslami-Cihad"la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31