Quterreş İsrailə hücumları PİSLƏDİ
7 Oktyabr 2023 21:07 DünyaBMT Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"BMT-nin baş katibi HƏMAS-ın İsrail şəhərlərinə hücumunu qətiyyətlə pisləyir", - deyə Dujarrik bildirib.
Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.
Qeyd edək ki, HƏMAS "İslami-Cihad"la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31