BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılır
7 Oktyabr 2023 20:30 DünyaBraziliya HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazır .
Qeyd olunur ki, hücumu pisləyən Braziliya bu aydan etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik vəzifəsini öz üzərinə götürüb. Bundan əlavə, Braziliya tərəfi İsrail xalqı ilə həmrəy olduğunu bildirib və iki dövlət prinsipinə sadiqliyini təsdiqləyib.
"Braziliya hökuməti, xüsusilə mülki şəxslərə qarşı zorakılığın tətbiqinə heç bir əsasın olmadığını bir daha bəyan edir və bütün tərəfləri vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır", - deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31