Ərdoğan: "Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik"
7 Oktyabr 2023 13:38 Dünya"Müxtəlif çətinliklərlə üzləşsək də, Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik. Bizi qorxutmaq istəyənlərə fikir vermirik".
Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan AKP-nin IV növbədənənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.
"Terror təşkilatlarından istifadə edərək bizi küncə sıxışdırmağa çalışanların qarşısında baş əymirik. Biz nəyin bahasına olursa-olsun, Türkiyənin maraqları və təhlükəsizliyi üçün tələb olunanları etməkdən heç vaxt çəkinmirik", - deyə Ərdoğan vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31