Prezidentliyə namizədi öldürməkdə şübhəli bilinənlərin həbsxanada meyitləri tapılıb

Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionu qətlə yetirməkdə şübhəli bilinən 6 nəfərin həbsxanada meyiti tapıldı.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Həbsxanalar Agentliyi (SNAI) məlumat yayıb.

Baş prokurorluqdan verilən məlumata görə, hadisə ölkənin ən böyük şəhəri olan Quayaquildəki cəzaçəkmə müəssisəsində baş verib.

Qeyd edək ki, Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio bu ilin avqust ayında seçkiqabağı kampaniya çərçivəsində keçirdiyi görüşdən sonra qətlə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31