Hindistanda güclü yağışlar 42 nəfərin ölümünə səbəb oldu

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson yağışları nəticəsində yaranan daşqın və torpaq sürüşmələrində ölənlərin sayı artır.

Olaylar.az xəbər verir ki, hökumət rəsmilərinin açıqlamasına görə, qurbanlarının sayı 42 nəfərə çatıb.

Qeyd edək ki, palçıq və dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31