Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb
6 Oktyabr 2023 23:12 DünyaTürkiyə ilə Rumıniya arasında "Hərbi Çərçivə Sazişi" imzalanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz X (twitter) hesabında paylaşım edib.
Yaşar Gülər Ankaraya səfər edən Rumınya müdafiə naziri Angel Tilvarı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.
Qarşılama mərasimindən sonra nazirlər əvvəlcə təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüşlərə sədrlik ediblər.
Görüşdən sonra Gülər və Tilvar Türkiyə ilə Rumıniya arasında "Hərbi Çərçivə Sazişi" imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31