İqlim dəyişikliyi milyonlarla uşağı qaçqın vəziyyətinə salıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, 2016-2021-ci illər arasında daşqınlar, yanğınlar, tufanlar və digər ekstremal hava hadisələri 134 köçə səbəb olub, onlardan 43 milyon nəfəri uşaq olub. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) saytında yeni hesabatda deyilir.
Fondun təxminlərinə görə, yaxın üç onillik ərzində bu rəqəm təxminən üç dəfə artacaq. Hesablama gələcək daşqınların, siklonların və digər iqlim fəlakətlərinin proqnozlaşdırılmasına əsaslanır.

UNICEF-in miqrasiya üzrə mütəxəssisi və hesabatın müəlliflərindən biri Laura Healy deyib ki, "Reallıq ondan ibarətdir ki, iqlim dəyişikliyinin təsirləri getdikcə daha da pisləşdikcə gələcəkdə daha çox uşaq əziyyət çəkəcək".

Məlumata görə, bütün qaçqın uşaqların təxminən yarısı qasırğalar səbəbindən evlərini itirib. Digər 19 milyon Hindistan və Çində daşqınlar səbəbiylə olub.   ABŞ və Kanadada meşə yanğınları 810 min uşaq və yeniyetməni təsir edib. 

Gələcək risklərin qiymətləndirilməsində hesabatda meşə yanğınları və quraqlıqlar, eləcə də təbii fəlakətlər üçün potensial yumşaldıcı tədbirlər nəzərə alınmayıb.

Ekspertlər qeyd ediblər ki, uşaqlar böyüklərdən asılı olduqları üçün iqlim fəlakətlərinə daha həssasdırlar. Bu, uşaqları istismar riski ilə üz-üzə qoyur və onları müdafiədən məhrum edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31